18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Siyavuş Novruzov: "Məcburiyyətdən kredit götürmüş insanlara güzəşt olunmalıdır"

Siyavuş Novruzov: "Məcburiyyətdən kredit götürmüş insanlara güzəşt olunmalıdır"
Siyavuş Novruzov: "Məcburiyyətdən kredit götürmüş insanlara güzəşt olunmalıdır"


"Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qanun qəbul etdik. Ancaq indiyə qədər bu sahədə dəyişiklik yoxdur".

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

"Həmin məntəqələrdə 3-9 min adam çalışırdı, evinə çörək aparırdı. Bu biznesi da kimsə inhisara alıb. Bu məsələyə aydınlıq gətirilməlidir", - o qeyd edib.

Bundan başqa, Siyavuş Novruzovun sözlərinə görə, Azərbaycanda problemli kreditlərlə bağlı məsələyə də aydınlıq gətirilməlidir. "Seçicilərlə görüşdə kreditlərlə bağlı məsələlər qaldırılır. İstərdim ki, bu məsələ ciddi araşdırılsın. Burada hesabat verilsin ki, nə qədər insan krediti fermer təsərrüfatı üçün, nə qədər insan maşın almaq üçün götürüb. Məcburiyyətdən kredit götürmüş insanlara güzəşt olunmalıdır. Bu kreditlər insanların maddi vəziyyətinə uyğun dəyərləndirilməlidir. Müxtəlif kateqoriyalı insanlar bu prosesdə nəzərə alınmalıdır. Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, amma problem həll olunmamış qalır".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница