DataLife Engine / Yerə 122 metrlik asteroid yaxınlaşır

Yerə 122 metrlik asteroid yaxınlaşır

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) iyulun 30-da 2016 CZ31 asteroidinin Yerin yanından keçəcəyini bildirib.
Modern.az xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyası məlumat yayıb.
NASA-nın məlumatına görə, kosmik daşın diametri təxminən 122 metrdir. O, saat 02:02-də 2,8 milyon kilometr məsafədə Yerə mümkün qədər yaxınlaşacaq.
Asteroidin sürəti saatda təxminən 55.500 km-dir.

26-07-2022, 15:36
Вернуться назад