DataLife Engine / Meymunçiçəyi bu ölkəyə də çatdı

Meymunçiçəyi bu ölkəyə də çatdı

Slovakiyada "meymunçiçəyinə" ilk yoluxma faktı təsdiqlənib.
Medicina.az TASS-a istinadla xəbər verir ki, bu barədə yerli "TAZ" telekanalı məlumat yayıb.
Belə ki, Slovakiyanın şərqindəki Preşov şəhərindəki xəstəxanaya "meymunçiçəyi" virusuna yoluxmada şübhəli bilinən xəstə yerləşdirilib. O, yoluxucu xəstəliklər şöbəsindədir. İlkin diaqnoz qoyan həkimlər Bratislavadakı ixtisaslaşmış laboratoriyadan gəlməli olan test nəticələrini gözləyirlər.

15-06-2022, 12:31
Вернуться назад