Главная > Dünya > Daha bir ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Daha bir ölkədə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb


29-05-2022, 13:31. Разместил: Admin
Argentinada ölkə sakinlərindən birinin meymunçiçəyinə yoluxduğu faktı təsdiqlənib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"İlk ehtimal olunan xəstədən götürülən testin nəticəsi müsbət olub", - nazirlikdən bildirilib.
Pasiyent özünü yaxşı hiss edir və müalicə olunur. Onun birbaşa təmasda olduğu bütün insanlar həkim nəzarətindədir, lakin onlarda xəstəliyin heç bir əlaməti yoxdur.


Вернуться назад