
"Report" xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 422 825-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölən olmayıb, ümumilikdə 8 622 nəfər vəfat edib.
İndiyədək 410 558 pasiyent infeksiyadan sağalıb. Hazırda ölkədə 1 962 aktiv koronavirus xəstəsi var.