Главная > Dünya > Türkiyə daha bir şəhid verdi

Türkiyə daha bir şəhid verdi


20-04-2022, 13:24. Разместил: Admin
Türkiyənin İraqın şimalında həyata keçirdiyi antiterror əməliyyatı zamanı Türkiyə Silahlı Qüvvələrinin daha bir hərbi qulluqçusu həlak olub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Hərbi qulluqçu Kaan Kanlıkuyu terrorçular tərəfindən həyata keçirilən raket hücumu nəticəsində həlak olub.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Kürdüstan İşçi Partiyasının (PKK) yaraqlılarına qarşı yeni hərbi əməliyyata başlayıb. "Pençe Kilit Operasyonu" adı verilən əməliyyat İraqın şimalında Metina, Zap və Avaşin-Basyan bölgələrində həyata keçirilir.


Вернуться назад