Gürcüstanda koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq edilən karantinin müddəti azaldılacaq.
Bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze danışıb.
Baş epidemioloqun sözlərinə görə, karantin müddəti 8 günədək qısaldıla bilər.
Buna səbəb kimi sanitar-epidemioloji vəziyyətin yaxşılaşması göstərilir.(publika)