^
U

Bakıda məşhur mərkəzdə GÜCLÜ PARTLAYIŞ - Müəllim yandı


Lökbatanda İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verməsi barədə məlumat Təcili Yardıma saat 10:14-də daxil olub.

ON3.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilir.

Bildirilir ki, hadisə yerinə 3 Təcili Yardım briqadası çıxıb. Həkimlər mərkəzdən 50 yaşlı qadın müəllim götürüblər. Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllim 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb.

Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Hadisə Oxunub: 658 Tarix: 16-12-2019, 17:57
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az