Понедельник
дек 09

Xırdalanda güclü partlayış - Xəsarət alan var

Xırdalanda güclü partlayış - Xəsarət alan var


Abşeron rayonunun Xırdalan şəhərində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən BiG.AZ-a verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Комментарии (0)

Оставить комментарий