08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Dubayda eni mənzil ölçüsündə olan nazik göydələn tikiləcək

Dubayda eni mənzil ölçüsündə olan nazik göydələn tikiləcək

Dubayda 22.5 metr və ya bir mənzil enində göydələn tikməyi planlaşdırırlar.

Oxu.Az xəbər verir ki, bu barədə "Dezeen" məlumat verib.

Göydələn layihəsini Pritsker memarlıq mükafatının qalibi olan İspaniyanın "RCR Arquitectes" memarlıq bürosu hazırlayıb. Qüllə "Muraba Vei" adlanacaq və 73 mərtəbədən ibarət olacaq. Binanın hündürlüyü 380 metr, lakin göydələnin özəlliyi onun ensiz - 22.5 metr və ya bir mənzilin eninə bərabər olması olacaq.

Dubayda eni mənzil ölçüsündə olan nazik göydələn tikiləcək

Komanda tərəfindən göydələnin qeyri-adi ensiz forması insanların diqqətini cəlb etmək üçün nəzərdə tutulub.

Qüllədə mənzillərdən başqa binanın yaxınlığında kurort, restoran, rəsm qalereyası, konfrans zalları, kinoteatr və qum təpəsinə bənzəyən ictimai məkan yerləşəcək.

Hazırda dünyanın ən nazik göydələni Nyu-Yorkdakı "Steinway Tower" hesab olunur. Onun bünövrəsinin eni təxminən 18 metrdir, hündürlüyü isə 435 metrə çatır.

Qeyd edək ki, dünyanın ən hündür yaşayış binası Braziliyanın Balneariu Kamboriu şəhərində tikiləcək. Tikinti layihəsi yerli hakimiyyət orqanları tərəfindən təsdiqlənib. "Triumph Tower" adlı qüllənin hündürlüyü 544 metr, Nyu-Yorkdakı ən hündür yaşayış binası olan "Central Park Tower"dən 72 metr çox olacaq. 



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница