16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Dünyanın ən məşhur inəyi - Niyə "Ginnesin Rekordlar Kitabı"na düşdü?

Dünyanın ən məşhur inəyi - Niyə "Ginnesin Rekordlar Kitabı"na düşdü?

Dünyanın ən məşhur inəyi "Blosom" adlı Holşteyn cinsinin nümayəndəsidir. O, çox mehriban və həm də çox hündür idi.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Blosom dünyada boyu 190 santimetrə çatan yeganə inək kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.

2015-ci ilə qədər yer üzündə yaşayan ən hündür inək füsunkar Blosom olub. Sahibi ona yulaf yedizdirir, gündə iki dəfə sağırmış. Nümayəndələr qrupu rekordu qeydə almaq üçün Blosoma baş çəkdikdə, heyvan özünü tamamilə sakit aparıb. Qadın inəyi səkkiz aylıq olanda alıb. Heyvanın böyüməsi doğulanda normadan iki dəfə çox idi.

İnək alındıqdan sonra da böyüməsini dayandırmayıb. Nəticədə qadına "Ginnesin Rekordlar Kitabı"na sorğu göndərməsi deyilib. Məlum olub ki, kitabın nümayəndələri hündür heyvanlara xüsusi hörmətlə yanaşır, onları ən nadir heyvan adlandırırlar. Ancaq 2015-ci ildə inək ayağından aldığı zədə səbəbindən ölüb və bu, həm sahibinin özünü, həm də Rekordlar Kitabının nümayəndələrini çox üzüb.

Blosomdan əvvəl dünyanın ən hündür inəyi 1906-1910-cu illərdə yaşamış Holşteyn-Friz cinsi hesab olunurdu. Onun boyu 188 santimetr idi.

Dünyanın ən məşhur inəyi - Niyə "Ginnesin Rekordlar Kitabı"na düşdü?



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница