Понедельник
мар 13

ABŞ-də kişi qadını qaçıraraq dörd il həbsdə saxlayıb

Bu günlərdə ABŞ-də qadını oğurlayaraq əsarətdə saxlamaqda şübhəli bilinən Texas sakini saxlanılıb.
İlkin məlumatlara görə, 42 yaşlı Abraham Bravo Sequra adı açıqlanmayan qadını 4 il həbsdə saxlayıb. Kişi avtomobil qoşqusunu qıfıl və barmaqlıqlarla təchiz edib. Buna görə qadın çölə çıxaraq qaça bilməyib.
Qadın onu qaçıran şəxs işdə olarkən mobil telefon əldə edə bilib. O, polisə harada olduğunu bildirib.
Şübhəlinin dostu polisə bildirib ki, Sequra zərərçəkmişi girov saxlamayıb, çünki o, onları tez-tez bir yerdə görüb və "cütlük" onun evinə ziyafətə gəlib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini və şəraitini müəyyənləşdirirlər.(oxu.az)

Комментарии (0)

Оставить комментарий