Понедельник
июл 18

Aktyorun hərbi çevrilişdə linç edilən əsgərə kömək etmək cəhdi “qatil” damğası ilə nəticələndi

Aktyorun hərbi çevrilişdə linç edilən əsgərə kömək etmək cəhdi “qatil” damğası ilə nəticələndi


Boğaziçi körpüsündə yaralı əsgərləri daşıyanlar arasında olan aktyor Ali Nuri Türkoğlu sosial şəbəkədə böyük bir yanlışın qurbanı olub.

May.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərbi çevrilişə mane olmaq üçün küçəyə çıxan minlərlə adamdan biri olan aktyora kömək etmək istədiyi halda qatil damğası vurulub.
Belə ki, linç olunan əsgəri xilas edərək, avtomobilə minməsinə yardımçı olan sənətçinin fotoları sosial şəbəkələrdə sürətlə yayılıb, onu qatil adlandırıblar.
Görüntülərə gələn sərt təpkilərdən sonra Ali Nuri Türkoğlu yaralı sözügedən fotonu istifadəçisi olduğu sosial şəbəkədə paylaşaraq, "Çox şükür! Daha əvvəl də dediyim kimi təcili tibbi yardım maşınının məkana girə bilmədiyi üçün, yaralı əsgəri biz gələn ilk qara rəngli avtomobilə mindirməli olduq. Canımdan çoxdan keçmişəm”, - deyə qeyd edib.

Aktyorun hərbi çevrilişdə linç edilən əsgərə kömək etmək cəhdi “qatil” damğası ilə nəticələndi

Комментарии (0)

Оставить комментарий