Среда
фев 07

Xızıda partlayış olan hərbi hissəyə baxış keçirilib – FOTO

Xızıda partlayış olan hərbi hissəyə baxış keçirilib – FOTO


Xızıda partlayış olan hərbi hissəyə baxış keçirilib – FOTO
Fevralın 6-da Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirib.

ANAMA-dan Elit.Az-a verilən məlumata görə, ərazidən 18 ədəd partlamamış hərbi sursat (PHS), 83 ədəd partlamış-yanmış mərmi qalıqları və 158 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 552 000 kv.m (55.2 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, ANAMA Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparıb.

Комментарии (0)

Оставить комментарий