^
U

Bakıda 25 yaşlı oğlan nişanlısını qaçırdı – İŞƏ POLİS QARIŞDI


Bakıda qızı qaçırılan ata polisə müraciət edib.

Lent.az xəbər verir ki, Kürdəmir rayon sakini, paytaxtın Qazolin küçəsində yaşayan 1967-ci il təvəllüdlü Mahir Kazımov (ad şərtidir) Polisə müraciət edərək bildirib ki, qızı 1994-cü il təvəllüdlü Jalə Kazımova nişanlısı tərəfindən qaçırılıb.

50 yaşlı kişi qeyd edib ki, qızının nişanlısı olan paytaxt sakini, 1992-ci il təvəllüdlü Qulamov Səfa Akif oğlu axşam saatlarında onun evindən qızı qaçırıb. Gənclər evlənmək məqsədi ilə qoşulub gediblər.

Şikayətçi qızının tapılaraq evə qaytarılmasını xahiş edib və onlara el adəti ilə toy edəcəyini deyib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Açar sözlər: Bakı, qız qaçırma, hadisə, polis
Bölmə: Hadisə Oxunub: 1 169 Tarix: 6-08-2017, 19:00
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az