Вторник
июн 28

Azərbaycanlılar ermənini ölümdən xilas etdi

Azərbaycanlılar ermənini ölümdən xilas etdi


Rusiyanın Surqut şəhərində keçirilən milli mədəniyyət festivalında Ermənistan təmsilçisinin vəziyyəti qəfildən pisləşib.

İlk olaraq ona Azərbaycan nümayəndələri yardım edib. APA-nın məlumatına görə, bu barədə "Ararat" mili-mədəni mərkəzinin sədri Armenak Simonyan bildirib.

"Həmyerlimizə yardım edən Azərbaycan təmsilçilərinə bütün erməni xalqı adından təşəkkür etmək istəyirəm. Məgər bu bizim xalqlarımız arasındakı dostluğun bariz nümunəsi deyil? Bu onu sübut edir ki, Surqutda azərbaycanlılar və ermənilər dostluq, qardaşlıq şəraitində yaşayır və bir-birinə dəstək verir. Gəlin bu cür də davam edək", - deyə A. Simonyan bildirib.

Комментарии (0)

Оставить комментарий