Вторник
янв 31

Bakıda zəncirvari qəza - Xeyli sayda yaralı var

Bakıda zəncirvari qəza - Xeyli sayda yaralı var


Bakıya yağan güclü qar və yolların buz bağlaması Sabunçu rayonu ərazisində zəncirvari qəzaya səbəb olub.

BAKU.WS "Report”-a istinadən xəbər verir ki, rayonun Zabrat qəsəbəsi ərazisində 4 avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, yol sürüşkən olduğundan sürücülər idarəetməni itirib və maşınlar bir-birinə dəyib. Nəticədə 6 nəfər xəsarət alıb. Onlardan 4 nəfəri eyni avtomobildə olan bir ailənin üzvləridir. Bunlar 1990-cı il təvəllüdlü Məhərrəmov Cəlil Babək oğlu, 1986-cı ildə anadan olmuş Məhərrəmova Mahnur Tahir qızı, onların 2 və bir yaşlı oğlanları Cavid və Səid Məhərrəmovlardır.

Digər nəqliyyat vasitəsində olan 1968--ci il təvəllüdlü Qasımova Nahidə Şəfi qızı və onun qızı,1989-cu ildə anadan olmuş Məhərərmova Şəbnəm Babək qızı da müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Комментарии (0)

Оставить комментарий