^
U

Xırdalanda evləri su basdı - FHN bir nəfəri xilas etdi


Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinə və həyətyanı sahələrinə yağış suyu dolub.

FHN-in mətbuat xidmətindən May.Az-a bildirilib ki, sakinlərin evdən çıxmasına çətinliklər yaranıb. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1 nəfər vətəndaşa müvafiq köməklik göstəriblər. Əməliyyat saat 12:58-də başa çatıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Açar sözlər: Xırdalan, su, yağış, FHN
Bölmə: Hadisə Oxunub: 1 111 Tarix: 30-09-2016, 23:54
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az