^
U

Kriminal avtoritet Emin 444-ü öldürtdürən şəxs yüksək vəzifəli məmurdur? - Açıqlama - ÖZƏL


Xəbər verdiyimiz kimi, Binəqədi rayonunda “Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, kriminal aləmin üzvü, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov mayın 14-də həbs olunub. Qeyd edək ki, buta.medianın yaydığı məlumata görə, Zaur Yusifov Azərbaycan Dövlət Miqrasiya Xidmətində yüksək vəzifə tutur.

Məsələ ilə bağlı BiG.AZ-a açıqlama verən Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərov bildirib ki, 2017-ci ilin oktyabrın 11-də Zaur Yusifovun xidmətinə Dövlət Miqrasiya Xidmətində xitam verilib:

"O 2013-cü ildən Bakı Regional Miqrasiya İdarəsində inspektor vəzifəsində çalışıb. Onun qeyd edildiyi kimi elə də böyük vəzifəsi olmayıb. O, 3-cü dərəcəli miqrasiya xidməti qulluqçusu rütbəsini daşıyıb (leytenant)".

Aysel Yusifqızı

Kriminal avtoritet Emin 444-ü öldürtdürən şəxs yüksək vəzifəli məmurdur? - Açıqlama - ÖZƏL
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Hadisə Oxunub: 1 023 Tarix: 16-05-2019, 11:24
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az