Понедельник
окт 18

Avstraliyada ölkə tarixinin ən böyük narkotik partiyası müsadirə edilib

Avstraliya federal polisi Malayziyadan Melburna göndərilən konteynerdə 450 kiloqram qanunsuz narkotik ələ keçirilib. Bu ölkə tarixində tapılan ən böyük heroin partiyasıdır. Onun dəyəri 100 milyon dollardan çox (170 milyon manatdan çox) qiymətləndirilir.
Hadisə ilə bağlı bir malayziyalı saxlanılıb. O, narkotik vasitələri idxal etməkdə və saxlamağa cəhddə ittiham olunur.
Avstraliya qanunlarına əsasən bu cinayətə görə maksimum cəza ömürlük həbsdir.(oxu.az)

Комментарии (0)

Оставить комментарий