^
U

Azərbaycanda 17 yaşlı oğlan bacısını ürəyindən bıçaqladı


Salyan rayonunda qətl hadisəsi baş verib.

"Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Xurşud kəndində qeydə alınıb.

Belə ki, ailə-məişət münaqişəsi zəmnində həmin kəndin sakini, 17 yaşlı Əkbər Rauf oğlu Əsədov bacısı, 18 yaşlı Fərqanə Əsədovanın ürək nahiyəsindən bir bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Bacısını qətlə yetirdikdən sonra Əkbər Əsədov Salyan rayon Polis şöbəsinə gələrək könüllü surətdə bıçaqla birlikdə özünü təslim edib.

Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Açar sözlər: Azərbaycan, Bıçaqlanma, hadisə, Salyan
Bölmə: Hadisə Oxunub: 1 209 Tarix: 2-12-2016, 00:15
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az