^
U

Azərbaycanda çoban arvadının başını kəsdi: 3 uşağı yiyəsiz qaldı


Zərdab rayonunda ər arvadını qətlə yetirib.

May.az-in APA-ya istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Yarməmmədbağı kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Aqşin Usub oğlu Astanov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirib.

Məlumata görə, şəxsi təsərrüfatların birində çobanlıq edən A.Astanov həyat yoldaşını qətlə yetirəndən sonra özü hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib. A.Astanov R.Astanovadan əvvəl iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Hadisə Oxunub: 1 064 Tarix: 23-10-2016, 14:32
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az