16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"Bakılı oğlanlar"ın yaradıcısı Anar Məmmədxanovun doğum günüdür

"Bakılı oğlanlar"ın yaradıcısı Anar Məmmədxanovun doğum günüdür

Bu gün "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, Milli Məclisin birinci, ikinci və üçüncü çağırışının deputatı, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Anar Məmmədxanovun doğum günüdür.

Oxu.Az xatırladır ki, Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakıda anadan olub.

Bakının 160 saylı orta məktəbini bitirib. 1987-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub.

1988-ci ildə məşhur "Bakılı oğlanlar" komandasını yaradıb, 1991-ci ildə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti olub.

Anar Məmmədxanov o dövrdə Azərbaycanın ən gənc deputatı olub. O, üç dəfə - 1995-ci ildə 19 saylı I Suraxanı dairəsindən, 2000 və 2005-ci illərdə müstəqil namizəd kimi Milli Məclisə deputat seçilib.

1992-ci ildə ŞHK Ali Liqasının çempionu, 1993-cü il ŞHK Ali Liqasının finalçısı, ŞHK Yay Kubokunun sahibi (1995), XX əsrin on ən yaxşı komandası turnirinin çempionu (2000) olub.

Anar Məmmədxanov 2011-ci il aprelin 23-də ürək çatışmazlığı nəticəsində həyatını itirib.

Onun bir oğlu və iki qızı var.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница