16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Xalq artisti Telman Adıgözəlovun doğum günüdür

Xalq artisti Telman Adıgözəlovun doğum günüdür

Bu gün Azərbaycanın Xalq artisti Telman Adıgözəlovun doğum günüdür.

Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor teatr səhnəsində maraqlı obrazlar yaradıb.

Bunlardan C.Məmmədquluzadənin "Dəli yığıncağı"nda "Zəncirvuran", İ.Əfəndiyevin "Xurşidbanu Natəvan"ında "Daşdəmir", "Mahnı dağlarda qaldı" tamaşasında "Rəhman", U.Şekspirin "Maqbet"ində "Flins", M.İbrahimovun "Közərən ocaqlar"ında "Xanəhməd", H.Cavidin "İblis"ində "Şeypurçu", S.Vurğunun "Vaqif"ində "Təlxək", S.Rəhmanın "Nişanlı qız"ında "Eynəkli kişi", E.Baxışın "Qədr gecəsi"ndə "Oyunbaz", Elçinin "Ah Paris…Paris!.." tamaşasında "Əhməd", "Mənim sevimli dəlim"də "Professor", R.Novruzun "Hələ "sevirəm" deməmişdilər" tamaşasında "Qumarbaz" obrazlarını göstərmək olar.

İstedadlı aktyor AzTV-də hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynayıb. "Yarımştat" tamaşasında yaratdığı obraz da yadda qalan obrazlarından biridir.

Telman Adıgözəlov 2000-ci ildə "Azərbaycanın Əməkdar artisti" və 2006-cı ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib.

Aktyorun bir qızı, bir oğlu qalıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница