Главная > Blog > "Səhər xaş yemək orqanizmə birbaşa ziyandır"
"Səhər xaş yemək orqanizmə birbaşa ziyandır"16-03-2022, 18:43. Разместил: Admin |
"Evdə 3-4 litr su içmək də düzgün deyil. Hər kəs eyni dərəcədə su, qida qəbul edə bilməz" Oxu.Az xəbər verir ki, bu barədə sualları Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev canlı yayımda cavablandırarkən deyib. O bildirib ki, səhər xaş yemək orqanizmə birbaşa ziyandır: "Biz faydalı və balanslı şəkildə qidalanmanı tövsiyə edirik. Suyun da, qidanın da orqanizmin tələbindən artıq qəbulu ziyandır. Ürək çatışmazlığından əziyyət çəkən insanlar var ki, gün ərzində 3-4 litr su qəbul edir və ürəyin ağırlaşmış vəziyyətində həkimə müraciət edir. Kişilərdə ortalama 2 min kalori qəbulu olur. Lakin bunu da metobolizm sürəti tənzimləyir. Bu da standart ola bilməz - orqanizm individualdır. Odur ki, insanlar bütün qidaları zəruri miqdarda və düzgün şəkildə istehlak etməlidirlər ki, orqanizm metobolizm sürətinə müvafiq olsun". Вернуться назад |