Cihazlar+

Yeni “iPhone 18” bu qiymətə satılacaq - Video-Fotolar

Yeni “iPhone 18” bu qiymətə satılacaq - Video-Fotolar
ABŞ texnologiya nəhəngi “Apple” payız təqdimatında səbirsizliklə gözlənilən “iPhone 18” və “iPhone 18 Pro Max” smartfonlarını nümayiş etdirib. “Qafqazinfo” xəbər verir ki, şirkətin rəsmi “YouTube” kanalında canlı yayımlanan təqdimatda yeni nəsil flaqmanların texniki göstəriciləri açıqlanıb. Bildirilib ki, qadcet dörd fərqli rəng seçimi və yeniliklərlə təqdim olunub. Məlumata görə, yeni smartfonlar M-seriyası prosessorlarından ilhamlanaraq hazırlanan 2 nanometrlik 6 nüvəli CPU, 7 nüvəli GPU “A20 Pro” çipi ilə təchiz edilib: “Bu prosessor sayəsində qrafik sürət 40% artıb, soyutma sistemi isə əsaslı şəkildə təkmilləşdirilib. Yüksək gərginlik zamanı telefonun arxa şüşəsinin qızması minimuma endirilib. Kamera sistemində edilən dəyişikliklər isə peşəkar çəkiliş imkanı yaradır. İndi video çəkilişi zamanı FPS, ekspozisiya, balansı tənzimləmək və fokus nöqtəsini dəyişmək mümkündür. Bundan əlavə, “Apple Intelligence” sisteminə böyük “Siri AI” yenilənməsi gətirilib. Süni intellekt artıq 250-dən çox tətbiqlə inteqrasiya olunaraq istifadəçinin təqvimi və yazışmalarını təhlil edə bilir. Fotoşəkillərdən arzuolunmaz obyektlərin silinməsi və dəri teksturasının hamarlaşdırılması funksiyaları da əlavə olunub”. Qeyd edək ki, “iPhone 18 Pro” modelinin qiyməti 1199 dollardan, flaqman “iPhone 18 Pro Max”ın qiyməti isə 1299 dollardan başlayır. Apple, iPhone 18 Pro və iPhone 18 Pro Max modellərini təqdim edib

相关文章