Cihazlar+

Xbox 25 yaşını xüsusi Razer aksesuarları ilə qeyd edir

Xbox 25 yaşını xüsusi Razer aksesuarları ilə qeyd edir
Xbox brendinin 25 illiyi münasibətilə xüsusi dizayna malik yeni aksesuar kolleksiyası təqdim olunub. Designed for Xbox 25th Anniversary Collection adlanan seriyada ilk Xbox konsolunu xatırladan şəffaf yaşıl dizayndan istifadə edilib. Kolleksiyaya müxtəlif istehsalçıların siçan, klaviatura, qulaqlıq, kontroller və çantaları daxildir. Razer isə yubiley kolleksiyası üçün üç məşhur məhsulunun xüsusi versiyasını hazırlayıb. Razer Hammerhead V3 X HyperSpeed simsiz oyun qulaqlığı HyperSpeed Wireless və Bluetooth 5.3 bağlantısını dəstəkləyir. Qulaqlıqlar bir şarjla 10 saata qədər, şarj qutusu ilə birlikdə isə ümumilikdə 35 saata qədər işləyə bilir. Razer Basilisk V3 Pro 35K simsiz oyun siçanı şirkətin Focus Pro 35K Optical Sensor Gen-2 sensoru ilə təchiz edilib. Model fərdiləşdirilə bilən 4 istiqamətli sürüşdürmə çarxına malikdir və 140 saata qədər batareya ömrü təklif edir. Kolleksiyaya daxil olan Razer BlackWidow V4 75% isə kompakt mexaniki klaviaturadır. Hot-swap dəstəyi sayəsində istifadəçilər klaviaturanın mexaniki açarlarını dəyişə bilirlər. Chroma RGB işıqlandırmaya malik yubiley versiyasına xüsusi Xbox düyməsi də əlavə edilib. Bu düyməyə basdıqda Windows-un Xbox Game Bar interfeysi açılır. Xbox-un 25 illik yubiley kolleksiyası artıq öncədən sifariş üçün təqdim olunub.

Related posts