Cihazlar+

Apple ilk qatlanan iPhone Duo-nu göstərib: qiyməti 2000 dollar ola bilər

Apple ilk qatlanan iPhone Duo-nu göstərib: qiyməti 2000 dollar ola bilər
“Apple” Kaliforniyanın Kupertino şəhərində yerləşən “Apple Park”da illik sentyabr tədbirini keçirib. Şirkət burada ilk qatlanan “iPhone” modelini, “iPhone 18 Pro” seriyasını və yeni “Apple Watch” modellərini nümayiş etdirib. İlk qatlanan smartfonun “iPhone Duo” adlandığı bildirilir. Yeni baş direktor John Ternus isə “iPhone”u gündəlik rəqəmsal xidmətləri bir araya gətirən “ağıllı şəxsi mərkəz” kimi təqdim edib. “iPhone Duo” adı tədbirə qədər şayiələrdə çəkilən “iPhone Ultra” variantını əvəz edib. Qatlanan modelin 2000 dollar (təxminən 3400 manat) qiymətə satılacağı gözlənilir. Əvvəlki proqnozlarda cihazın başlanğıc qiyməti 2300 dollar (təxminən 3910 manat), orta qiyməti isə 2550 dollar (təxminən 4340 manat) göstərilirdi. Model kitab kimi açılır və quruluş baxımından “Galaxy Z Fold 8”ə bənzəyir. “Samsung” “Apple”ın qatlanan smartfon bazarına daxil olmasını müsbət qarşılayır. Şirkət bunun həmin cihazlara marağı artıracağını düşünür. “Samsung” mühəndisi Hee-Cheul Moon-un sözlərinə görə, belə smartfonlarda əsas məsələlərdən biri çəkidir. Müqayisə üçün, “Galaxy Z Fold 8” 201 qram, “Galaxy S26 Ultra” isə 214 qramdır. “iPhone Duo” modelinin çəkisinin 230-241 qram olacağı gözlənilir. “iPhone 17 Pro Max” isə 233 qram çəkir. Apple ilk qatlanan iPhone Duo-nu göstərib: qiyməti 2000 dollar ola bilər “iPhone 18 Pro Max” 45 saat video izləmə imkanı verir. Bu, şirkətin indiyədək ən uzun batareya ömrü təklif edən “iPhone” modelidir. “iPhone 18 Pro”nun batareya göstəricisi əvvəlki “iPhone 17 Pro Max” səviyyəsindədir. Model təxminən 36 saat video göstərə bilir. Şirkətin məlumatına görə, batareyanın 50 faizi 15 dəqiqəyə dolur. 5 dəqiqəlik şarj isə 6 saat video izləmək üçün kifayətdir. Apple ilk qatlanan iPhone Duo-nu göstərib: qiyməti 2000 dollar ola bilər Hər 2 Pro model 2 nanometrlik “A20 Pro” çipi ilə işləyir. Çipin 6 nüvəli prosessorunda enerjiyə qənaət edən 4 nüvə var. Digər 2 yüksək məhsuldar nüvə isə əvvəlki nəsillə müqayisədə 20 faiz daha sürətlidir. Çipə 7 nüvəli qrafik hissə və süni intellekt hesablamalarını yerinə yetirən 32 nüvəli neyron mühərriki də daxildir. “Apple”ın məlumatına görə, qrafik göstəricilər 40 faizə qədər yaxşılaşıb. Cihazın soyudulması üçün istiliyi yayan buxar kamerası işlədilir. Bu hissə 80 faiz təkrar emal edilmiş paslanmayan polad və qrafitdən hazırlanıb. Təqdimatın əsas proqram yeniliklərindən biri “Gemini” əsasında yenilənmiş “Siri AI” köməkçisidir. Yeni köməkçi “iOS 27”, “iPadOS 27”, “macOS 27” və “watchOS 27” sistemlərinin əsas hissəsi kimi hazırlanıb. “Apple Intelligence” funksiyalarını dəstəkləyən bəzi əvvəlki “iPhone” və “Apple Watch” modellərində də ondan yararlanmaq mümkün olacaq. Bununla belə, “Siri AI”ın Avropa İttifaqında istifadəyə verilməsi qeyri-müəyyən müddətə təxirə salınıb. Köməkçi Çində isə əlçatan olmayacaq.

相关文章