Müxtəlif mənbələrdə iPhone Fold və ya iPhone Ultra adlandırılan cihazın kitab formasında qatlanan dizayna sahib olacağı bildirilir. Smartfonun xarici ekranının təxminən 5,3 düym, açıldıqda istifadə edilən daxili ekranının isə 7,8 düym olacağı gözlənilir. Məlumatlara görə, Apple cihazda titan çərçivədən istifadə edəcək və qatlanan ekranlarda ən çox tənqid olunan problemlərdən biri olan qat izini mümkün qədər görünməz etməyə çalışacaq. Digər diqqətçəkən dəyişiklik isə Face ID-dən imtina edilərək güc düyməsinə inteqrasiya edilmiş Touch ID-yə keçilməsi ola bilər.
Qatlanan iPhone-un qiymətinin 2000-2500 dollar arasında olacağı proqnozlaşdırılır. IDC isə cihazın ilk il ərzində 10 milyon ədədə qədər satıla biləcəyini düşünür. Bu qiymət təsdiqlənərsə, sözügedən model indiyədək satışa çıxarılan ən bahalı iPhone olacaq. Tədbirlə bağlı daha bir mühüm gözlənti Apple-ın iPhone təqdimat strategiyasını dəyişməsidir. İddialara əsasən, standart iPhone 18 sentyabrda təqdim edilməyəcək və onun təqdimatı 2027-ci ilin yazına keçiriləcək. Beləliklə, Apple ilk dəfə əsas iPhone seriyasının təqdimatını ilin iki ayrı tədbirinə bölə bilər. Apple 9 sentyabrda “Surprise and shine” tədbirini keçirəcək
Apple payız təqdimatının tarixini rəsmi olaraq açıqlayıb. Şirkətin “Surprise and shine” şüarı ilə keçiriləcək tədbiri 9 sentyabrda Apple Park-da baş tutacaq. Tədbirin dəvətnaməsində Apple loqosunun arxasından doğan günəş təsvir edilib. Apple hələlik tədbirdə hansı məhsulların təqdim olunacağını açıqlamayıb. Lakin əsas gözlənti şirkətin uzun müddətdir haqqında məlumatlar yayılan ilk qatlanan iPhone modelini nəhayət nümayiş etdirməsidir.
Müxtəlif mənbələrdə iPhone Fold və ya iPhone Ultra adlandırılan cihazın kitab formasında qatlanan dizayna sahib olacağı bildirilir. Smartfonun xarici ekranının təxminən 5,3 düym, açıldıqda istifadə edilən daxili ekranının isə 7,8 düym olacağı gözlənilir. Məlumatlara görə, Apple cihazda titan çərçivədən istifadə edəcək və qatlanan ekranlarda ən çox tənqid olunan problemlərdən biri olan qat izini mümkün qədər görünməz etməyə çalışacaq. Digər diqqətçəkən dəyişiklik isə Face ID-dən imtina edilərək güc düyməsinə inteqrasiya edilmiş Touch ID-yə keçilməsi ola bilər.
Qatlanan iPhone-un qiymətinin 2000-2500 dollar arasında olacağı proqnozlaşdırılır. IDC isə cihazın ilk il ərzində 10 milyon ədədə qədər satıla biləcəyini düşünür. Bu qiymət təsdiqlənərsə, sözügedən model indiyədək satışa çıxarılan ən bahalı iPhone olacaq. Tədbirlə bağlı daha bir mühüm gözlənti Apple-ın iPhone təqdimat strategiyasını dəyişməsidir. İddialara əsasən, standart iPhone 18 sentyabrda təqdim edilməyəcək və onun təqdimatı 2027-ci ilin yazına keçiriləcək. Beləliklə, Apple ilk dəfə əsas iPhone seriyasının təqdimatını ilin iki ayrı tədbirinə bölə bilər.