"Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanun layihəsi vətəndaşlara eyni əmlakı girov qoymaqla banklardan daha böyük məbləğdə kredit götürmək imkanı verəcək". Bunu "Trend"ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, yeni qanun layihəsi əmlakın daha dəqiq, ölçülə bilən və bəlli meyarlar əsasında qiymətləndirilməsinə imkan yaradacaq. "Bu
Hazırda dünyada meyvə-tərəvəzin markalaşaraq bazarlara çıxarılması halları geniş yayılıb. Ancaq buna Azərbaycanda çox az rast gəlinir. "Report" meyvə-tərəvəz istehsalçılarının məhsullarını brendləşdirərək bazarlara çıxarmaqdan çəkinməsinin səbəbini araşdırıb. Bu məsələni şərh edərək Naxçıvanın sabiq kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov qeyd edib ki, markalaşma
Dünya bazarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb. Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,46% və ya 0,39 dollar azalaraq 84,10 ABŞ dolları ticarət edilib. Xatırladaq ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə
Ukrayna Kişinyovun müvafiq qərarına cavab olaraq Moldovaya qarşı idxal məhdudiyyətləri hazırlayır. "Report" xəbər verir ki, bunu Ukraynanın iqtisadi inkişaf, ticarət və kənd təsərrüfatı nazirinin müavini, ticarət nümayəndəsi Taras Kaçka "RBC-Ukraina"ya açıqlamasında deyib. "Biz Kişinyovu xəbərdar etmişik ki, Moldova tərəfindən hər hansı məhdudiyyət son dərəcə qeyri-dost
Sahibkarları işğaldan azad olunmuş ərazilərin bərpasına və tikintisinə investisiya qoymağa çağırırıq. Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çərşənbə axşamı "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda tədbirdə deyib. Onun sözlərinə görə, hökumətin qarşısında duran əsas vəzifə işğaldan azad olunmuş
Azərbaycanda siqaretlərin qiyməti bahalaşıb. BiG.AZ "Trend"ə istinadən xəbər verir ki, bir çox mağaza və supermarketlər siqaretlərin qiymətini artırıb. Satıcılar bildirib ki, bu gün səhərdən markasından asılı olmayaraq bütün siqaretlər 10 qəpik, bəzi siqaretlər isə 20 qəpik bahalaşıb. Məlumatlara əsasən, "Kent-4" 10 qəpik bahalaşaraq 3.80-dən 3.90-a, "Winston"
"2021-ci ilin avqust ayından sonra sonra ilk dəfə əhalinin banklardakı əmanətlərinin həcmində azalma qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, bu ayın 1-də əhalinin banklardakı əmanəti əvvəlki aydakı 11 milyard 928 milyon manatdan 11 milyard 901 milyon manata düşüb. Bu isə o deməkdir ki, ötən ay ərzində əhalinin əmanətləri 27 milyon manat azalıb". BiG.AZ xəbər verir ki, bu sözləri
"ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin 4,75 faizdən 5,0 faizədək artırılması ilə bağlı qərar qəbul edib. Birləşmiş Ştatlarda uçot stavkası 2007-ci ildən bəri ən yüksək həddədir". BiG.AZ xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, FED artım qərarını ABŞ-də inflyasiya səviyyəsinin gözləniləndən daha yüksək olması ilə əlaqələndirib: "Belə ki,
Bu il fevralın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,02 bənd təşkil edib. Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən məlumat yayıb. Bu göstərici 2023-cü ilin yanvarın 1-i ilə müqayisədə 0,51 bənd, 2022-ci ilin fevralın 1-nə nisbətən isə 0,79 bənd azdır. Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin dövlət büdcəsinə artıq ödənilmiş məbləğlərinin qaytarılması üçün yeni mexanizm hazırlayıb. Bu barədə "APA-Economics"ə Xidmətdən bildirilib. Qeyd edilib ki, ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin artıq ödəmə məbləğləri nəzarət tədbirlərinə məruz qalmadan çevik şəkildə qaytarılacaq. Yeni mexanizmin
Cari ilin yanvar ayında Azərbaycanda işsiz statuslu şəxslərin sayı 302.4 min nəfərə bərabər olub. "APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründə 315.8 min nəfərə bərabər idi. İşsizlərin sayının azalması nəticəsində ölkədə işsizlik səviyyəsi 5.95%-dən 5.6%-ə qədər azalıb. Qeyd edək ki, hesabat dövründə ilkin məlumatlara
"Burada iki məsələ var: kommunal, strateji məhsullar, çörək, yanacaq, sərnişindaşıma, dərman preparatlarının və s. qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənir. Orada da qiymətlərin qalxması, yaxud enməsini müzakirəyə çıxarırlar, ondan sonra isə qərar verirlər ki, filan qiymətdə olsun. Amma biz bu günə kimi hansısa məhsulun ucuzlaşdırılması haqqında qərar