Azərbaycan süd və qaymaq idxalını 17 %-ə yaxın artırıb

Azərbaycan süd və qaymaq idxalını 17 %-ə yaxın artırıb
0
---
Yayınlanma tarihi: 25-10-2025, 22:12

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 12 min 179 ton süd və qaymaq idxal edib.


"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 21 milyon 467 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 753 ton (16,8 %), dəyər baxımından isə 4 milyon 137 min ABŞ dolları (23,9 %) çoxdur.

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.


---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!