Qızılın qiyməti tarixdə ən yüksək həddə çatdı
13-09-2024, 12:31
Авторизуйтесь или зарегистрируйтесь, чтобы оценивать материалы, создавать записи и писать комментарии.
Авторизоваться"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) qızıl füçersinin 2024-cü ilin dekabrında çatdırılma üzrə qiyməti tarixi maksimumunu yeniləyib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ticarət platformasından məlumat verilib.
Məlumata görə, qızıl füçersinin bir Troya unsiyası üçün 2 800 dollardan yuxarı sövdələşmə əldə edilib.
Bakı vaxtı ilə saat 10:39-a olan məlumata görə, qiymətli metalın dəyəri bir Troya unsiyası üçün 2 800,4 dollar (0,69%-dən çox) təşkil edib. Bakı vaxtı ilə saat 10:42-də isə qızılın qiyməti bir unsiya üçün 2 800,1 dollara (+0,68%) enib.
13-09-2024, 12:31
19-09-2024, 06:48
23-06-2018, 12:29
6-05-2018, 06:46
2-10-2016, 00:30
17-08-2024, 10:38
Комментариев нет