Azərbaycanda nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alanlar arasında qadınların sayı son beş ildə 4 faizdən 5,9 faizə qədər artıb. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ötən il sürücülük vəsiqəsi alan 144 672 nəfərdən 8 521 nəfəri (5,9 faizi) qadınlar olub. 2010-cu ildə sürücülük vəsiqəsi alan qadınların sayı 5 650 nəfər idi. Son beş
Rusiyanın ucqar əyalətlərindən birində avtomobil ustası qeyri-adi addım atıb. Avtosfer.az-ın xəbərinə görə, o, həyətdə çürüməkdə olan "UAZ" markalı avtomobildən tam yeni "Mercedes Galendewagen" yığıb. Ustanın bu ideyası görənlər tərəfindən maraqla qarşılanıb. Hətta bəziləri bunu əsl "Galik"dən fərqləndirə bilməyiblər. Lakin diqqət etdikdə müəyyən fərqi hiss etmək
Dövlət Yol Polisinin açıqladığı statistika hər bir sürücü üçün ciddi siqnal olmalıdır. Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.Baş Dövlət Yol Polisi İdarəsinin son 3 həftə ərzində aparılan reydlərin nəticələrinə dair açıqladığı statistikaya əsaslanan ekspert qeyd edib ki, təkcə son 21 gün ərzində 203 min sürücü məsuliyyətə cəlb
Neftçala Sənaye Məhəlləsində Azərbaycan ilə İran arasında avtomobil istehsalı üzrə birgə müəssisənin təməli qoyulub. "Report"un Aran bürosu xəbər verir ki, zavod Azərbaycanın "Azeurocar” şirkətinin İranın "Iran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə əsasında inşa ediləcək. Müəssisənin təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Musatafayev və
Ferrari kabriolet LaFerrari təqdim edib “Ferrari” şirkəti damı açıq yeni hiperkarının dizaynının sirrini açdı. Avtomobilin şəkilləri brendin rəsmi “Twitter” səhifəsində yerləşdirilib. Avtomobil “LaFerrari Spider” adlandırılıb. O, 2017-ci ildən məhdud tirajla - 150 ədəd olmaqla satışa çıxarılacaq. Avtomobilin qiyməti 3,5 milyon avrodan başlayacaq. Hazırda müştərilər sifariş verməyə başlayıblar.
Nəsə son zamanlarda Avtomobil ilə əlaqədar saytlar gözümə çox dəyməyə başlayır. Hara daş atırsan gedib bir avtomobil saytının başına dəyir. 3 dənə, 5 dənə, lap 7-8 dənə olmağını da adam yadırğamaz. Ancaq son zamanlarda qarşıma çıxanları bir kənar yazdım, baxdımki ən az mənim bildiyim 15 dənəsi var. İndi kimin də siyahıya əlavə edəcəyi varsa şərhlərdə edə bilərlər. Mənə maraqlıdır, nəyə görə son
Azərbaycanda Rusiya istehsalı olan 2-ci əl avtomobillər kəskin ucuzlaşmağa başlayıb. Ucuzlaşma avtomobil satışları ilə bağlı elanlarda daha çox müşahidə edilir. Avtomobil ekspertlərinin sözlərinə görə, may ayının sonundan etibarən Rusiya istehsalı olan avtomobillər 2 dəfəyə yaxın ucuzlaşıb. Ekspert Vaqif Hüseynov fins.az-a bildirib ki, son dövrdə bu avtomobillərə Azərbaycan bazarında tələbat
Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi qaydaları dəyişib. May.Az APA-ya istinadən xəbər verir ki, bu, bu gün Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"nda dəyişikliklər edilməsi barədə
Bakıda 100 min manata 1979-cu il istehsallı maşın satılır. May.Az-in məlumatına görə, "Sport Minik" markalı maşının mühərriki 1,2 L. gücündədir. 20 min "probeqi" avtomobilin əl işi olduğu bildirilir. Avtomobilin sahibi iddia edir ki, maşın daşdan yığılıb. SSRİ dövlət, siyasi, hərbi və partiya xadimi Leonid İliç Brejnevin razılığı əsasında istehsal olunan maşından dünyada
Bakı şəhəri Nizami rayonunun Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar olaraq iyunun 30-dan iyulun 1-nə keçən gecə prospektin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətli tam olaraq məhdudlaşdırılır. Bu, "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumatda deyilir. Ərazidə hərəkətin məhdudlaşdırması Q.Qarayev prospektinin Şirin Mirzəyev
Azərbaycanın sığorta şirkətləri yol qəzası nəticəsində yararsız vəziyyətə düşmüş və balanslarına götürdükləri avtomobilləri onlayn hərracda sata biləcək. Bu barədə "Report"a açıqlamasında avtomobilərə dəymiş zərərin qiymətləndilməsi ilə məşğul olan "Audatex-Azerbaijan" şirkətinin icraçı direktoru Zakir Kərimzadə bildirib. Onun sözlərinə görə, təmsil etdiyi şirkətin bu xidməti
Sürücü Pəhlivan Mehdiyev radara düşüb. Daha doğrusu, ona idarə etdiyi avtomobilin radara düşməsi barədə MMX protokol göndərilib. Lakin sürücü bununla razılaşmır. Çünki radara düşən avtomobil ona məxsus deyil. Pəhlivan Mehdiyev baş verənlərlə bağlı Avtosfer.az-a bildirib ki, 16.06.2016-cı il tarixdə idarə etdiyi 90-FV-787 qeydiyyat nişanlı «Kia Picanto» markalı avtomobillə Bakı şəhərində