09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Azərbaycanda bu avtomobillərin satışı dayandı

Azərbaycanda bu avtomobillərin satışı dayandı
Azərbaycanda bu avtomobillərin satışı dayandı


Azərbaycanda "Brilliance” avtomobillərinin satışı dayanıb. Bu Çin avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı "Brilliance Auto Group Azerbaijan” şirkətindən fins.az-a verilən məlumata görə, ölkəyə yeni modellərin gətirilməsi dayandırılıb.

Buna səbəb isə dolların bahalaşmasından sonra bu avtomobillərin xeyli bahalaşması olub.

"29-32 min manata heç kim Çin maşını almaq istəmir”

Satış meneceri Pərvin Əhmədov fins.az-a bildirib ki, ilin əvvəlindən indiyə qədər avtomobil satışı olmayıb. Hazırda salonda 2013-cü ilə aid "Brilliance H 530” və "Brilliance V5” modelləri satılır. Bu avtomobillər 60 % bahalaşıb. Məsələn, əvvəl 18-19 min manata satılan bu avtomobillər devalvasiyadan sonra 29-32 min manata kimi bahalaşıb: "Bu qiymətə isə heç kim Çin maşını almaq istəmir”.

Sığorta şirkətləri "Brilliance”dan imtina edir

Satış menecerinin sözlərinə görə, satışların dayanmasının bir səbəbi dolların bahalaşmasıdırsa, digər bir səbəb bu avtomobillər Azərbaycan məşhur olmamasıdır. Belə ki, geniş istifadə edilmədiyi üçün "Brilliance” modellərinin ehtiyat hissələri çətin tapılır. Ölkəyə isə baha qiymətə gətirilir. Məsələn, avtomobilin Çində 100 dollara satılan qapısı Bakıya 700-750 manata gəlib çıxır. Sığorta şirkətləri isə bütün bu səbəbləri nəzərə alaraq "Brilliance” modellərini kasko sığorta etməkdən imtina edirlər.

Əvvəl alınan maşınları geri qaytarırlar

Ona görə, daxili kreditlə satılan maşınlar qəzadan sonra gətirilib şirkətin servisinə qaytarılır. Belə ki, indiyə qədər 20-yə qədər "Brilliance” modeli satılıb. Onlardan 5-i qəzadan sonra geri qaytarılıb. Sonuncu bir avtomobili isə lizinqlə alıb ödənişləri qaytara bilməyən müştəri ötən həftə geri qaytarıb. Satış menecerinin sözlərinə görə, şirkət fəaliyyətini "Rent A Car” olaraq davam etdirəcək. Satılmayan avtomobillər kirayə veriləcək.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница