Türkiyəli təmsilçidən Fatimə Boşun gözəl seçilməsinə ETİRAZ

Türkiyəli təmsilçidən Fatimə Boşun gözəl seçilməsinə ETİRAZ
0
---
Yayınlanma tarihi: 23-11-2025, 19:19

Meksikalı Fatimə Boşun "Dünya gözəli 2025" müsabiqəsinin qalibi olması müzakirələr yaradıb. 


BAKU.WS xəbər verir ki, onun gözəl seçilməsinə etiraz edənlər arasında Türkiyəni təmsil edən Ceren Arslan da olub.

O sosial şəbəkə hesabında video paylaşaraq münsiflərin ədalətsizlik etdiyini bildirib.

"Münsiflər məni ilk 30-luqdakı qızlardan çirkin hesab etdi.." -deyə o, paylaşımında vurğulayıb.



Xatırladaq ki, Fatimə Boş ötən gün keçirilən "Dünya gözəli 2025" beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.

Qalibə tacı "Dünya gözəli 2024" müsabiqəsinin danimarkalı qalibi Viktoriya Teylviq təqdim edib.

Müsabiqədə ikinci yerin sahibi Tailand, üçüncü yerin sahibi Venesuela, dördüncü yerin sahibi Filippin, beşinci yerin sahibi isə Kot-d'İvuardan olan təmsilçi olub.


Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!