TikTok fenomeni canlı yayımda qətlə yetirildi

TikTok fenomeni canlı yayımda qətlə yetirildi
0
---
Yayınlanma tarihi: 18-05-2025, 19:53

Meksikada sosial şəbəkələrdə makiyaj videoları ilə məşhurlaşan 23 yaşlı TikTok fenomeni Valeria Markes canlı yayım zamanı silahlı hücuma məruz qalaraq həyatını itirib.


Hadisə ölkədə geniş rezonans doğurub.


Yerli medianın məlumatına görə, qətldə əsas şübhəli Markesin sevgilisi olduğu iddia edilən və "Doble R" ləqəbi ilə tanınan cinayətkar kartelin üzvüdür. El Heraldo nəşri yazır ki, cütlük bir müddətdir münasibətdə olub və hücumun qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.


İddialara görə, Valeria Markesin sosial şəbəkədəki izləyicilərindən aldığı bahalı hədiyyələr "Doble R"in qəzəbinə səbəb olub. Meksika mətbuatı bildirir ki, "Doble R" daha əvvəl də bir sıra zorakılıq və qətl hadisələrində iştirak edib. Onun adı 2012-ci ildə meyiti kanalizasiyada tapılan venesuelalı model Daisy Ferrer Arenasın qətli ilə də əlaqələndirilir.


Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir./Manset.az/


---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!