Yer kürəsində maqnit qasırğası gözlənilir
3-07-2024, 07:37
Авторизуйтесь или зарегистрируйтесь, чтобы оценивать материалы, создавать записи и писать комментарии.
АвторизоватьсяYer kürəsində, proqnozların əksinə olaraq, güclü maqnit qasırğası başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus özünün "Telegram" kanalında məlumat verib.
"Çərşənbə axşamı (8 oktyabr) səhər erkən saatlarda, Moskva vaxtı ilə 5:42-dən sonra geomaqnit sahəsində dalğalanmalar G3 sinifli güclü maqnit qasırğası səviyyəsinə çatıb. Və bu, yenə də proqnozların əksinə olaraq baş verdi", - deyə mütəxəssis yazıb.
Leus qeyd edib ki, maqnit qasırğası hələ ötən gün günortadan sonra başlayıb. O zaman qasırğa G2 sinfinə çatıb.
"Sinoptiklərin proqnozlarına görə, oktyabrın 8-də səhər saatlarında qasırğa G1 sinfinə keçməli, günorta isə tamamilə dayanmalı idi. Bununla belə, Yerin maqnitosferi, əksinə, güclənib", - deyə mütəxəssis vurğulayıb.
Onun sözlərinə görə, indi maqnit qasırğasının sonrakı davranışını proqnozlaşdırmaq çətindir. Bununla belə, Leus ehtimal edir ki, dalğalanma qısamüddətli olacaq və yaxın saatlarda azalmağa başlayacaq.
3-07-2024, 07:37
29-06-2024, 09:52
7-10-2023, 05:23
18-02-2024, 19:20
27-08-2024, 09:20
30-09-2023, 16:16
Комментариев нет