Nəfəs almaqda çətinlik çəkdiyi üçün illərlə həkimə getdi, həqiqət 26 il sonra üzə çıxdı

Nəfəs almaqda çətinlik çəkdiyi üçün illərlə həkimə getdi, həqiqət 26 il sonra üzə çıxdı
0
---
Yayınlanma tarihi: 26-09-2024, 06:38

ABŞ-nin Arziona ştatında yaşayan 32 yaşlı Andi Norton uzun illər nəfəs almaqda çətinlik çəkib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, 26 il bu problemlə mübarizə aparsa da, sonradan bunun sağlamlıqla bağlı olmadığını öyrənib.

O, bir müddət əvvəl şiddətli şəkildə asqırıb və bu zaman burnundan naməlum cisim düşüb.
Norton naməlum qırıntıya baxdıqda bunun uşaq vaxtı oynadığı oyuncağın bir hissəsi oluğunu başa düşüb.
O deyib ki, 6 yaşında olarkən oyuncaqları ilə oynadığı zaman onu burnuna soxub.

Daha sonra anası onun burnundan oyuncağın bir hissəsini çıxarsa da içəridə bir parça qalıb. Lakin onlar bundan xəbərsiz olublar.

A.Norton pişiklərə, itlərə, otlara, əksər yerli ağaclara və toza qarşı üçün allergiyası olduğu üçün problemin səbəbini bunda görüb.

Nəfəs almaqda çətinlik çəkdiyi üçün illərlə həkimə getdi, həqiqət 26 il sonra üzə çıxdı

---ABŞ

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!