Mali Ordusu: Ölkənin şimal-şərqində terrorçularla döyüşlər gedir

Mali Ordusu: Ölkənin şimal-şərqində terrorçularla döyüşlər gedir
0
---
Yayınlanma tarihi: 29-07-2024, 06:51

Malinin Silahlı Qüvvələrinin bölmələri Tinzauaten rayonunda (ölkənin şimal-şərqində, Əlcəzairlə sərhəddə) terrorçu qruplaşmalarla qızğın döyüşlər aparır.

"Report"un məlumatına görə, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı rəsmi məlumatda deyilir.

Sənəddə qeyd edilir ki, toqquşmaların baş verdiyi zona hər növ terrorçuların və qaçaqmalçıların cəmləşdiyi qala olaraq qalır.

Baş Qərargah bu ərazinin yaxından izləndiyini bildirib. "Beş terror hədəfi Mali Silahlı Qüvvələrinin dronları tərəfindən uğurla məhv edilib", - kommünikedə vurğulanır.

Silahlı Qüvvələrin Baş Qərargahı həmçinin dinc əhalini itki verməmək üçün terrorçuların yerləşdiyi əraziləri tərk etməyə çağırıb.


---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!