İş adamının ağacdan asılmış meyiti tapıldı

İş adamının ağacdan asılmış meyiti tapıldı
0
---
Yayınlanma tarihi: 22-07-2024, 06:49

Malatyanın Battalgazi rayonunda 45 yaşlı iş adamı ağacdan iplə asılmış vəziyyətdə ölü tapılıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, Malatya-Elazığ avtomobil yolunun Battalgazi rayonu Çöşnük qovşağında saat 05:00 radələrində bir nəfərin yol kənarında ağacdan asıldığını görənlər 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər.

Hadisə yerinə gələn həkimlər müayinə zamanı həmin şəxsin öldüyünü müəyyən ediblər.

Həyatını itirən şəxsin iş adamı 45 yaşlı Mehmet Köse olduğu müəyyən edilərkən, cəsədinin dəqiq ölüm səbəbinin müəyyən edilməsi üçün hadisə yerində aparılan müayinədən sonra məhkəmə tibb müəssisəsinə aparılıb.

Hadisə ilə bağlı araşadırmalara başlanılıb.



---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!