İrəvanda həyəcan: Məktəb və ticarət mərkəzlərində terror aktları təhlükəsi

İrəvanda həyəcan: Məktəb və ticarət mərkəzlərində terror aktları təhlükəsi
1
---
Yayınlanma tarihi: 12-04-2024, 11:03

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi İrəvan məktəblərində törədiləcək terror aktlarının hazırlanması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlər barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, daha əvvəl anonim "Telegram" kanallarından birində naməlum şəxsin aprelin 12-də İrəvanda 17 məktəbdə, eləcə də 2 ticarət mərkəzində terror aktları törətməyi planlaşdırdığı barədə xəbər yayılıb. Məktəb çatında sürətlə yayılan xəbər valideynlərdə narahatlıq yaradıb.

"Hazırda məktəblərdə dərslər davam edir, lakin biz hüquq-mühafizə orqanlarından mesajları yoxlamağı xahiş etdik", - deyə nazirlikdən bildirilib./Oxu.az


---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!