Sabah metro saat 01:00-a qədər işləyəcək

Sabah metro saat 01:00-a qədər işləyəcək
0
---
Yayınlanma tarihi: 21-02-2024, 18:44
UEFA Avropa Liqasının keçid pley-off mərhələsində mübarizə aparan "Qarabağ" futbol klubunun ev oyunu ilə əlaqədar "Bakı metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər ediləcək.


Bakı metrosundan BiG.AZ-a bildirilib ki, AFFA-nın müraciəti əsasında gecə saatlarında başa çatacaq matça görə "Bakı metropoliteni" QSC-nin stansiyalarında iş saatları fevralın 22-dən fevralın 23-nə keçən gecə 1 saat uzadılacaq.


"Gənclik" stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionundan çıxacaq sərnişinlərin gecə saatlarında mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Həmçinin, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə və qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq stansiyalarda bir sıra tədbirlər görüləcək.
---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!