Bred Pitt keçmiş arvadını ifşa etdi

Bred Pitt keçmiş arvadını ifşa etdi
0
---
Yayınlanma tarihi: 29-10-2023, 17:06
Bred Pitt və Ancelina Coli arasında Miraval qalası davası illərdir gündəmdədir.


Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Miraval işi ilə bağlı Bred Pitt rusiyalı iş adamı Şeflerin keçmiş həyat yoldaşı Ancelina Coliyə göndərdiyi elektron məktubu üzə çıxarıb və məhkəməyə təqdim edib.


Məktubda 56 yaşlı Şefler zamanla səmimi dostluq qurduğu Colini Şotlandiyadakı malikanəsində gecələməyə dəvət edib:


"Övladlarınızla mənim malikanəmə gəlin. Ümid edirəm ki, biz qarşılıqlı bizneslə məşğul olmaqdan məmnun olacağıq. Hər hansı köməyə ehtiyacınız olarsa, lütfən, paylaşdığım nömrə vasitəsilə mənimlə əlaqə saxlayın".


Qeyd edək ki, Coli daha əvvəl Pittin Miraval Castle şərab zavoduna nəzarəti ələ almağa çalışdığını, onun reputasiyasına xələl gətirdiyini və ona "susmaq pulu" verdiyini iddia edərək ərinə qarşı milyonlarla dollarlıq iddia qaldırmışdı.
---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!