Kreml uğursuzluğun günahını generalların üzərinə atır

Kreml uğursuzluğun günahını generalların üzərinə atır
0
---
Yayınlanma tarihi: 7-11-2022, 14:23
Rusiya hərbi rəhbərliyindəki istefalar onu göstərir ki, Kreml Ukraynaya qarşı müharibədəki uğursuzluqlarına və yanlış hesablamalarına görə günahı generalların üzərinə atır.
Axar.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
Bildirilib ki, noyabrın 3-də Mərkəzi Hərbi Dairəsinin komandanı general-polkovnik Aleksandr Lapinin yerinə general-mayor Aleksandr Linkov gətirilib.
"Bunun təsdiqlənməsi cəbhədəki uğursuzluqlar səbəbindən rus komandirlərinin dəyişdirilməsinin başqa bir nümunəsi olacaq. Bundan əvvəl Lapin Çeçenistan Lideri Ramzan Kadırov və "Vaqner"in rəhbəri Yevgeni Priqojin tərəfindən sərt tənqidlərə məruz qalırdı", - hesabatda qeyd olunub.
---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!