ÜST-dən meymunçiçəyilə bağlı açıqlama

ÜST-dən meymunçiçəyilə bağlı açıqlama
0
---
Yayınlanma tarihi: 13-07-2022, 20:49
Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyilə bağlı son məlumatları paylaşıb. Təşkilatdan bildirilib ki, artıq dünya üzrə virusa yoluxanların sayı 10 minə yaxınlaşıb.
Qurumun baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın Cenevrədəki baş qərargahında keçirilən mətbuat konfransında xəstəliklə bağlı son vəziyyəti dəyərləndirib.
O, virusun endemik və qeyri-endemik olduğu 63 ölkədə yayıldığını deyib. Qebreyesus rəhbərlik etdiyi təşkilatın meymunçiçəyinə qarşı peyvəndlərin hazırlanması və yayılması ilə bağlı müvafiq ölkələrlə danışıqlara başladığını da açıqlayıb.
Qeyd edək ki, bu günə qədər virusdan 3 nəfər ölüb./oxu.az
---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!