Xərçəngin dərmanı nəhəng tısbağaların sayəsində yaradıla bilər

Xərçəngin dərmanı nəhəng tısbağaların sayəsində yaradıla bilər
0
---
Yayınlanma tarihi: 29-05-2022, 13:28
Elm adamları uzun illər Ekvadordakı nəhəng tısbağaların uzunömürlülüyünün sirrini araşdırıblar. Bir qayda olaraq, onlar 100 ildən artıq yaşayırlar.
Nəhayət ki, ABŞ-ın Buffalo Universitetinin alimləri nəhəng tısbağalarda genlərin əlavə nüsxələrinin olduğunu müəyyən ediblər.
Bu barədə "Genome Biology and Evolution" jurnalında dərc olunana məqalədə bildirilib.
Qeyd olunub ki, məhz bu, tısbağaların yaşlanmanın qarşısını alır, həmçinin onları xərçəngin zərərli təsirlərindən qoruyur.
Qalapaqos adalarının nəhəng tısbağaları üzərində aparılan laboratoriya sınaqları bu heyvanlarda da oxşar müdafiə mexanizminin olduğunu təsdiqləyib.
Hazırda alimlər tısbağalar üzərində aparılan araşdırmalar nəticəsində insan orqanizmi üçün təsirli ola biləcək xərçəng əleyhinə dərman vasitəsinin yaradılacağına ümid edirlər.(oxu.az)
---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!