Zülfiyyə Xanbabayeva necə arıqladığını açıqladı

Zülfiyyə Xanbabayeva necə arıqladığını açıqladı
0
---
Yayınlanma tarihi: 27-12-2021, 12:03
Xalq artisti Zülfiyyə Xanbabayeva plastik əməliyyat etdirməsi iddiasına cavab verib.


Axşam.az xəbər verir ki, müğənni bu haqda "Söhbət var" proqramında danışıb. İfaçı mədəkiçiltmə əməliyyat etdirmədiyini söyləyib:


"Rahatlığımı sevən adamam, nə istəyirəm yeməliyəm. Çörəksiz yaşaya bilmərəm. Səhər və nahar yeyirəm. Axşam artıq yemirəm. Şirniyyatı yemirəm. Yeməkdən heç nəyi çıxarmamışam. Sadəcə, çox hərəkət edir və üzürəm. Gündə saat yarım dayanmadan üzürəm. Qadınlar var ki, hər gün ac qalır, arıqlamaq üçün əziyyət çəkir. Onları alqışlamaq lazımdır. Mən yeyirəm, amma şox hərəkət edirəm".
---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!