Əlcəzair prezidenti: "Makronun məsuliyyətsiz açıqlaması ilə əlaqədar səfirimiz geri çağırdım"

Əlcəzair prezidenti: "Makronun məsuliyyətsiz açıqlaması ilə əlaqədar səfirimiz geri çağırdım"
0
---
Yayınlanma tarihi: 3-10-2021, 19:28
Əlcəzairin dövlət başçısı Əbdülməcid Tebbun bildirib ki, Fransa prezidenti Emmanuel Makronun məsuliyyətsiz bəyanatlarından sonra ölkəsinin Parisdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.
"Report" xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinin rəsmi saytında qeyd edilib.
"Səfiri Parisdən geri çağırmaq qərarı Fransa prezidenti tərəfindən məsuliyyətsiz bəyanatlarla əlaqədar qəbul edilib", - xəbərdə deyilir.
"Le Monde" qəzetinin məlumatına görə, Fransa prezidenti Əlcəzairin tarixinin tamamilə yenidən yazıldığını iddia edib.
Tebbun vurğulayıb ki, Əlcəzair onun daxili işlərinə istənilən müdaxilənin qəti əleyhinədir.
---

Diğer makaleler:

Yorumlar (0)
Bir yorumun minimum uzunluğu 50 karakterdir. Yorumlar denetlenir
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Henüz yorum yok. İlk siz olabilirsiniz!