MAY.AZ
  • Блог
  • Портфолио
  • Пользователи
  • Контакты

Oturaq həyat tərzinin verdiyi zərərlər...

[ifxfvalue panel="Предупреждение"]

[/ifxfvalue] [ifxfvalue panel="Важное"]

[/ifxfvalue] [ifxfvalue panel="Выполнено"]

[/ifxfvalue] [ifxfvalue panel="Внимание"]

[/ifxfvalue] [ifxfvalue panel="Информация"]

[/ifxfvalue]

Arxiv

[xfgiven_poster_one][/xfgiven_poster_one] [xfnotgiven_poster_one]Oturaq həyat tərzinin verdiyi zərərlər...[/xfnotgiven_poster_one]

Oturaq həyat tərzinin verdiyi zərərlər...


Əgər bir neçə ildən sonra statistik göstəricilərdə qeyd olunsa ki, xəstəliklərin əksəriyyətinin əsas yaranma səbəbi oturaq həyat tərzidir, buna heç kim təəcüblənməməlidir. Çünki oturaq həyat tərzinin insan orqanizminə bəxş etdiyi "hədiyyə"ləri saymaqla qurtarmaq olmaz.

May.Az bildirir ki, bu dəfə oturaq həyat tərzinin fəsadlarından yazır.

İlk baxışdan belə həyat tərzi rahat görünsə də, bu rahatlığın arxasında böyük fəsadlar, xəstəliklər durur. Yaşam tərzinin bu cür formalaşmasının əsas səbəbkarı isə elə insanın özüdür.

Əvvəlcə gündəlik həyatımızın hərəkət axarına diqqət yetirək. Təəsüflər olsun ki, bu axarda piyada hərəkət etməkdən başqa hər şeyə üstünlük veririk. Lift, nəqliyyat vasitəsi, oturaq iş rejimi, işdən sonra evdə divan, kreslo, saatlarla televizorun və kompüterin qarşısında vaxt keçirmək, bütün texniki avadanlıqların pultla idarə olunması bizləri oturaq həyat tərzi keçirən ən "fəal" insana çevirir.

Bəs bu "rahat" yaşam tərzi sağlamlığımıza nə vəd edir?

1. Dayaq hərəkət sistemində, onurğa sütununda problemlər. Skalioz və osteoxondroz xəstəlikləri.

2. Fəqərə yırtıqları

3. Ürək-damar xəstəlikləri

4. Xərçəng xəstəliklərinə tutulma riskinin artması

5. Baş ağrıları

6. Görmə qabiliyyətinin zəifləməsi

7. Radikulit.

8. Xroniki yorğunluq.

9. Yuxunun pozulması.

10. Sinir gərginliyi, əsəbilik, depressiya və stress.

11. Mədə-bağırsaq sisteminin pozulması, qəbzlik.

12. Babasil xəstəliyi.

13. Qan durğunluğunun yaranması və qan təzyiqi.

14. Cinsi zəiflik və prostat problemləri

15. Çəki artımı və piylənmə.

Xəstəliklər siyahısını bir az da uzatmaq olar. Ancaq bu siyahını oxumaqdansa oturaq həyat tərzinin törətdiyi fəsadlardan, yaratdığı xəstəliklərdən necə yaxa qurtarmağın yollarını araşdırmaq daha yaxşı olar.

İlk növbədə iş rejimi oturaqlıq tələb edən insanlar hər saatdan bir heç olmasa beş dəqiqəlik fasilə etməyi qarşısına məqsəd qoymalıdır. İstər ofisdə, istərsə də evdə monitor qarşısında əyləşəndə iş arası hər saatdan bir 5-10 dəqiqə fasiləyə vaxt ayırın. Ancaq bu fasilə televizorun qarşısına keçməklə əvəzlənməməlidir. Yüngül idman hərəkətləri, gəzişmək, təmiz havaya çıxmaq sağlamlığınız üçün yarana biləcək problemlərin qarşısının alınmasında sizə yardımçı olacaq.

Oturaq həyat tərzi keçirənlər qida rasionlarına ciddi diqqət yetirməlidirlər. Belə ki, kalorisi az, vitamin və mikroelementlərlə zəngin qidalar rasiona daxil edilməlidir. Meyvə və tərəvəzə daha çox üstünlük verilməlidir.

İş otağının normal işıqlandırılmasına və təmiz hava ilə təmin olunmasına xüsusi diqqət yetirilməlidir.

Çalışın ki, heç olmasa qət etdiyiniz kişik məsafələrdə nəqliyyatdan istifadə etməyəsəniz. Yaxud, arabir lifti unudub mərtəbələri piyada qalxmağı özünüzə vərdiş edin.

İşinizi bitirdikdən sonra kompüter qarşısında əyləncə naminə oturmaq kimi asılılıq vərdişindən özünüzü xilas edin.

İstirahətinizi saatlarla televizor qarşısında uzanmaqda tapmayın. Belə "istirahət" əksinə olaraq sizin beyninizin gərginliyini artıracaq.

Əgər oturaq həyat tərzinin "hədiyyə"lərindən yaxa qurtarmaq istəyirsinizsə idmanın hər hansı bir növü ilə məşğul olmağa vaxt ayırın.

Yatacağınızın çox yumşaq, balışınızın isə hündür olmasına yol verməyin.

Həftədə ən azı bir gün bütün işləri kənara atmağı bacarın. Elə düşünməyin ki, orqanizm dəmir parçasıdır.

Və ən nəhayət unutmayın ki, sağlamlıq ən təxirəsalınmaz işdən də, qazanılan puldan da vacibdir.

[xfgiven_gallery]
Галерея
{gallery}
[/xfgiven_gallery]
Файлы
File engine/modules/attachments.php not found.
  • Admin
  • 852
  • 0
  • 08.10.2016
[xfgiven_poster_one]Oturaq işin fəsadlarına qarşı nə etmək olar?[/xfgiven_poster_one] [xfnotgiven_poster_one]Oturaq işin fəsadlarına qarşı nə etmək olar?[/xfnotgiven_poster_one]
Oturaq işin fəsadlarına qarşı nə
“Oturaq vəziyyət insan pozasının fizioloji tələbat baxımından ən qeyri-funksionalıdır”. “Report” xəbər verir ki, bunu
[xfgiven_poster_one]Ömrümüzü qısaldan VƏRDİŞLƏR[/xfgiven_poster_one] [xfnotgiven_poster_one]Ömrümüzü qısaldan VƏRDİŞLƏR[/xfnotgiven_poster_one]
Ömrümüzü qısaldan VƏRDİŞLƏR
ETNT nəşri məşhur ekspertlərin oturaq həyat tərzi və sağlamlığa mənfi təsir göstərə biləcək asılılıqlarla bağlı
[xfgiven_poster_one]Televiziya çox baxanlarda ölüm riski – 8 illik araşdırmanın şok nəticələri[/xfgiven_poster_one] [xfnotgiven_poster_one]Televiziya çox baxanlarda ölüm riski – 8 illik araşdırmanın şok nəticələri[/xfnotgiven_poster_one]
Televiziya çox baxanlarda ölüm
Ürək problemi riski televiziya qarşısında oturanlarda daha çoxdur. Bu nisbət oturaq işləyənlərdən qat-qat yüksəkdir.
[xfgiven_poster_one]"Tinnitus" problem ola bilər[/xfgiven_poster_one] [xfnotgiven_poster_one]"Tinnitus" problem ola bilər[/xfnotgiven_poster_one]
"Tinnitus" problem ola
İnsanlar bir dəfə olsa belə qulaqda cinngilti səsi eşidirlər. Tinnitus həyat axınına mənfi təsir edir və irəliləyən
[xfgiven_poster_one]Hipertoniya xəstəliyinin gözlənilməz səbəbi[/xfgiven_poster_one] [xfnotgiven_poster_one]Hipertoniya xəstəliyinin gözlənilməz səbəbi[/xfnotgiven_poster_one]
Hipertoniya xəstəliyinin
[xfgiven_poster_one]Bu meyvələri axşam yemək olmaz - Ekspertdən vacib açıqlama[/xfgiven_poster_one] [xfnotgiven_poster_one]Bu meyvələri axşam yemək olmaz - Ekspertdən vacib açıqlama[/xfnotgiven_poster_one]
Bu meyvələri axşam yemək olmaz -
Mövzu sağlamlıq və qida olduqda, gündəlik həyatımızda meyvə və tərəvəzlərə daha çox yer ayırmağın vacibliyi qeyd

Нет комментариев.

Добавить комментарий
Для того, что бы оставить свой комментарий, пройдите Регистрацию.
Для быстрого входа воспользуйтесь соц. сетями.
Кликните на изображение чтобы обновить код, если он неразборчив
или
  • Вконтакте
  • Google.com
регистрация Я забыл свой пароль
  • Gündəm
  • Vergi
  • Hüquqi İzah
  • Kommunal xidmətlər
  • Avtomobil
  • Dövlət Ödənişləri
  • Cərimələr
  • Bank və Kredit
  • Sosial Qaydalar
  • Borc və İcra
  • Arxiv
Статистика
Яндекс.Метрика MobTop.az
© may.az 2016-2026. все права защищены.