MAY.AZ

News blog

image

Hörmüz boğazı yalnız İrana qarşı hərbi əməliyyatlarda iştirak edən tərəflərin gəmiləri üçün bağlıdır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı deyib.

"Bu su yolu İrana qarşı hərbi təcavüzdə iştirak edən tərəflərin gəmiləri üçün bağlıdır və qərar beynəlxalq hüququn prinsiplərinə əsaslanır, İrana qarşı qeyri-qanuni hücumlar həyata keçirmək üçün Hürmüz boğazından sui-istifadənin qarşısını almaq məqsədi güdür", - o deyib.

Əraqçi bildirib ki, digər ölkələrə məxsus gəmilərin hərəkəti İranın səlahiyyətli orqanları ilə razılaşdırılmaqla həyata keçirilir:

"ABŞ-İsrail və onların tərəfdarlarının, o cümlədən BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazındakı vəziyyətlə bağlı hər hansı təxribat xarakterli hərəkəti vəziyyəti yalnız daha da mürəkkəbləşdirəcək".
Комментарии 0
image

Taksi xidmətlərindən istifadə edənlər tez-tez eyni problemlə üzləşdiklərini bildirirlər. Mobil tətbiq vasitəsilə göndərilən ünvan ya dəqiq olmur, ya da sistem istifadəçini tamamilə fərqli nöqtəyə yönləndirir.

Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. "Konum" söhbəti təzə çıxıb. Əvvəllər hara lazım idisə, oraya aparırdıq", – sakinlərdən biri bildirib.

"Burada taksini sifariş edirsən, aparır başqa məhəlləyə", – başqa bir sakin deyib. Mütəxəssislər bildirirlər ki, bunun bir neçə səbəbi var. Onlardan biri xəritə bazalarının tam yenilənməməsidir. İKT mütəxəssisi Asim Namazovun sözlərinə görə, eyni ünvan müxtəlif formatlarda – qısaldılmış şəkildə, fərqli dillərdə və ya müxtəlif yazılış formalarında daxil edilir.

"Bu fərqlər insanlar tərəfindən aydın başa düşülür. Lakin sistemlər bəzən bu müxtəlif adları və yazılış formatlarını eyni obyekt kimi tanımır. Üstəlik, bu gün istifadə etdiyimiz müxtəlif xəritələnmə platformaları məlumatları təkcə rəsmi qurumlardan deyil, həm də istifadəçilərdən toplayır.

Bu isə məlumatların daha tez yenilənməsinə imkan yaradır. Amma eyni zamanda səhv və ya natamam məlumatların daxil edilməsi riskini də artırır. Texniki amillər də bu prosesə ciddi təsir edir. Xüsusilə hündür binaların sıx olduğu ərazilərdə GPS siqnalı zəifləyə bilər və istifadəçinin real mövqeyi xəritədə bir qədər fərqli göstərilə bilər", – deyə mütəxəssis qeyd edib.

Комментарии 0
image

ABŞ dövlət katibi Marko Rubio İrandakı hərbi əməliyyatın dörd məqsədini açıqlayıb.

BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə müvafiq bəyanat ABŞ Dövlət Departamentinin "X" sosial media platformasındakı rəsmi hesabında dərc edilib.

"Əməliyyatın məqsədləri bunlardır: İranın hava qüvvələrini məhv etmək, donanmasını məhv etmək, raket imkanlarını ciddi şəkildə azaltmaq, fabriklərini məhv etmək" - deyə, bəyanatda deyilir.

Rubio əvvəllər ABŞ-ın İranın Hörmüz boğazından keçən gəmilər üçün rüsum almasına icazə vermək niyyətində olmadığını bildirib. O əlavə edib ki, ABŞ prezidenti Donald Tramp bunun qarşısını almaq qərarına gələrsə, onun bir sıra variantları var.
Комментарии 0
image

Zaqatala rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Muğanlı kənd sakini Elvin Qurbanov idarə etdiyi "VAZ-21011" markalı minik avtomobil rayonun Faldarı kənd sakininin idarə etdiyi "Mercedes C 200" markalı avtomobillə toqquşub.

Qəzadan sonra "VAZ 21011" markalı avtomobildə olan sərnişin, sürücünün əmisi 54 yaşlı Ülfət İsrafil oğlu Qurbanov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən qəza-xilasetmə alət və avadanlıqlardan istifadə etməklə minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəza zamanı xəsarət alan Elvin Qurbanov, onun avtomobilində olan sərnişin, Muğanlı kənd sakini Səməndər Mehman oğlu Qurbanlı, "Mercedes" markalı avtomobilin sürücüsü və onun sərnişinləri, Faldarı kənd sakini 50 yaşlı Natavan Rəsul qızı Yusifova və avtomobildə olan daha bir nəfər aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə korpusuna yerləşdirliblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Комментарии 0
image

"Qarabağ" klubu Bizon Azərbaycan Kuboku çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" qarşılaşması ilə bağlı daha bir jest edib.

BAKU.WS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bəzi azarkeş kateqoriyaları üçün xüsusi güzəştlər tətbiq olunacaq. Belə ki, 15 yaşınadək uşaqlar valideynləri ilə birlikdə stadiona gəldikləri halda ödənişsiz daxil ola biləcəklər.

Uşaqların və onlarla stadiona gələcək valideynlərin, eləcə də xanımların biletləri mütləq şəkildə oyun günü kassalardan əldə olunmalıdır. Biletsiz giriş mümkün deyil.

Xatırladaq ki, qarşılaşmada tribunadan komandaya dəstək olmaq istəyən qadınlar da stadiona heç bir ödəniş etmədən daxil ola biləcəklər.

Qeyd edək ki, "Sabah"la baş tutacaq oyun aprelin 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Matç saat 20:00-da başlayacaq.
Комментарии 0
image

"Eşref Rüya" serialının davamı ilə bağlı gözlənilən qərar verilib. Layihənin üçüncü mövsümünün çəkilişlərinə start verilməsi planlaşdırılır.

BAKU.WS xəbər verir ki, bu barədə serialda rol alan aktrisa Büşra Develi jurnalistlərə açıqlamasında məlumat verib.

Xatırladaq ki, ekran işində baş rolları Demet Özdemir və Çağatay Ulusoy canlandırırlar.

Serial tamaşaçılar tərəfindən maraqla qarşılandığı üçün layihənin davam etdirilməsi qərara alınıb.
Комментарии 0
Uğur təsadüf deyil, düzgün vərdişlərin nəticəsidir.
✅ Əsas vərdişlər
Erkən oyanmaq
Planlı olmaq
Kitab oxumaq
Sağlam qidalanmaq
İdman etmək
Fokuslu işləmək
Daim öyrənmək
💡 Nəticə
Bu vərdişləri tətbiq edən insanlar daha məhsuldar və uğurlu olur.
Комментарии 0
Texnologiyanın inkişafı ilə artıq evdən təhsil almaq daha asan və əlçatandır.
📖 Effektiv öyrənmə üsulları
Pomodoro texnikası
Video dərslər
Praktik tətbiq
🌐 Ən yaxşı platformalar
Udemy
Coursera
YouTube
🧠 Motivasiya necə qorunur?
Kiçik hədəflər qoy və gündəlik inkişafı izləyin.
Комментарии 0
İnternet üzərindən biznes qurmaq artıq ən gəlirli sahələrdən biridir. Xüsusilə Azərbaycanda bu sahə sürətlə inkişaf edir.
📌 Hansı bizneslər trenddədir?
Dropshipping
Affiliate marketing
Rəqəmsal məhsullar (kurslar, ebook)
Xidmət satışı (freelance)
📈 Necə başlamaq olar?
Niş seç (məsələn: texnologiya)
Sayt və ya sosial media aç
Kontent paylaş
Reklam ilə trafik gətir
⚠️ Vacib məsləhət
Uğurlu olmaq üçün davamlı olmaq əsas şərtdir.
SEO açar sözlər: online biznes, internetdən pul qazanmaq, dropshipping Azərbaycan
Комментарии 0
Süni intellekt (AI) son illərdə texnologiya dünyasının ən sürətlə inkişaf edən sahələrindən birinə çevrilib. 2026-cı ildə artıq AI yalnız böyük şirkətlər üçün deyil, adi istifadəçilər üçün də əlçatan olub.
🔍 Süni intellekt nədir?
Süni intellekt — kompüterlərin insan kimi düşünməsi, öyrənməsi və qərar verməsidir.
🚀 Harada istifadə olunur?
Chat botlar və virtual köməkçilər
Tibbdə diaqnostika
Avtomobillərdə avtopilot sistemləri
Marketinq və reklam
💡 Niyə vacibdir?
AI biznesləri daha sürətli və effektiv edir. Bu texnologiyanı öyrənənlər gələcəkdə daha çox qazanc əldə edəcək.
SEO açar sözlər: süni intellekt nədir, AI 2026, süni intellekt istifadə sahələri
Комментарии 0